Yatırımlarınızı idarə edərkən nə vaxt alacağınızla birlikdə nə vaxt satacağınızı bilmək də önəmlidir. 5000 ildən çox yatırım tarixi olan qızıl üçün də eyni prinsip keçərlidir. Qızılın qiyməti yüksəlişdə olduğu vaxt sikkə və külçələrinizi satmaq üçün ən ideal vaxtdır.
“AzerGold” QSC qızıl sikkə və külçələri almaqla birlikdə, onları satmaq istəyəcəyiniz zaman da ən etibarlı tərəfdaşınızdır. Belə ki, satış və mübadilə mərkəzimizdə “AzerGold” QSC-nin istehsalı olan qızıl məhsullarının geri alışı mümkündür.
Bizim geri alış qiymətimiz Mərkəzi Bankın gündəlik metal məzənnəsinə uyğun hesablanır. Geri alış üçün təqdim edilən məhsullar sertifikatla müşaiyət olunmalı, həmçinin külçələrin plastik qablaşdırması zədəsiz və qüsursuz olmalıdır.
Geri alış proseslərimiz sadə və təhlükəsizdir.
- Məhsul sertifikatı ilə birlikdə Mərkəzə təqdim edilir.
- Təqdim edilən məhsul tələblərə əsasən Mərkəzin eksperti tərəfindən yoxlanılır.
- Mərkəzi Bankın cari məzənnəsinə uyğun olaraq qiymət hesablanır və ödəniş edilir.