MƏXFİLİK SİYASƏTİ

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələblərinə uyğun olaraq, “AzerGold” QSC ad, soyad, elektron poçt ünvanı, telefon nömrəsi və/və ya bu kimi şəxsi məlumatları digər üçüncü şəxsə və ya quruma ötürmür. Saytımız şəxsi məlumatlarınız yalnız xidmətlərimiz və sayt haqqında xəbərlər, eləcə də yeniliklər barədə sizi məlumatlandırmaq məqsədilə əlaqə üçün istifadə edilə bilər.

 

Bu “Məxfilik Siyasəti” www.azergold.gift veb-saytında (veb-sayt) toplanan məlumatlara aiddir. Saytımız məlumatlarınızın məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan istifadə edərək əlaqə vasitələrinizi daxil etməklə siz bu “Məxfilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş və “Fərdi məlumatlar haqqında” Qanunun 8.1-ci maddəsinə uyğun olaraq sizə aid olan fərdi məlumatların toplanmasına və işlənməsinə dair yazılı razılıq vermiş hesab edilirsiniz. Hər hansı şərt və ya qayda ilə razı olmadığınız təqdirdə, xahiş edirik, veb-saytdan istifadə etməyəsiniz və ya “Fərdi məlumatlar haqqında” Qanunun 7.2-ci maddəsinə uyğun olaraq barənizdə məlumatların toplanılmamasına və işlənilməməsinə dair yazılı etirazınızı bizə təqdim edəsiniz.

 

Saytımız daxil edilən məlumatların toxunulmazlığı və təhlükəsizliyinin ondan asılı olmayan səbəblərə görə təmin olunmaması, həmçinin haker hücümuna məruz qalması nəticəsində yayılmasına görə məsuliyyət daşımır.

 

Nəzərinizə çatdırırıq ki, bu “Məxfilik Siyasəti” vaxtaşırı olaraq yenilənə və dəyişdirilə bilər. “Məxfilik Siyasəti”nə edilən hər hansı dəyişiklik barədə məlumat veb-saytda yerləşdiriləcək. Dəyişikliklərdən məlumatlı olmaq üçün bu səhifəni mütəmadi yoxlamaq vəzifəsi sizə aiddir.

 

FƏRDİ MƏLUMATLAR

“Fərdi məlumatlar haqqında” Qanunun 11.1-ci maddəsinə uyğun olaraq, sizdən istənilə biləcək, ancaq buradakı siyahı ilə məhdudlaşmayacaq fərdi məlumatlar aşağıdakılardır:

 

  • Ad və soyad;
  • Email ünvanı;
  • Cins;
  • Doğum tarixi;
  • Poçt ünvanı;
  • Çatdırılma ünvanı;
  • Kredit kart nömrəsi.

 

Burada qeyd olunan fərdi məlumatların toplanması həmin fərdi məlumatların subyektinin eyniləşdirilməsi və verifikasiyası məqsədilə həyata keçirilir. Ödəniş mərhələsində istifadə edəcəyiniz bank kartının məlumatları heç bir halda sayt tərəfindən saxlanılmır.