QAYDALAR

www.azergold.gift – “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sahib olduğu, ölkə ərazisində çıxarılan qızıl və gümüşdən istehsal edilən müxtəlif məhsulların online satışını həyata keçirmək üçün platformadır.

 

XAHİŞ EDİRİK BU SAYTDAN İSTİFADƏ ŞƏRTLƏRİNİ DİQQƏTLƏ NƏZƏRDƏN KEÇİRƏSİNİZ.

Hazırki saytdan istifadə etməyiniz qeyd edilən şərtləri qəbul etdiyiniz mənasına gəlir. Bu şərtlərin sizə tətbiq edilməsi ilə razı olmadığınız təqdirdə saytdan istifadə etməyin. Şərtlər vaxtaşırı tərəfimizdən dəyişdirilə və təkmilləşdirilə bilər. Sizin saytdan davamlı istifadə etməyiniz şərtlərə edilən hər hansı dəyişikliyi qəbul etdiyiniz mənasına gəldiyindən, həmin şərtləri vaxtaşırı olaraq nəzərdən keçirməyinizi tövsiyyə edirik.

 

Hər hansı sualınız və ya şərhiniz olarsa və ya sizə aydın olmayan hər hansı şərtin olduğu təqdirdə, suallarınızı bizə [email protected] elekton poçt ünvanından göndərə bilərsiniz.

 

MÜƏLLİFLİK HÜQUQU VƏ ƏMTƏƏ NİŞANI

Əksi bəyan edilmədikcə, bu saytdakı bütün materiallar müəlliflik hüququ, ticarət qablaşdırması, əmtəə nişanı “AzerGold” Qapalı Səhmdar Cəmiyyətin malik olduğu digər əqli mülkiyyət hüquqları kimi qorunur.

 

Burada açıq-aydın şəkildə verilməmiş bütün hüquqlar “AzerGold” QSC-də saxlanılır.

 

ŞƏXSİ İSTİFADƏ

Bu saytdakı materiallardan istifadə informasiya və təbliğat məqsədi daşıyır. Siz razılaşırsınız ki, bu saytda paylaşılan məzmundan, öncədən alınmış yazılı razılıq olmadan kommersiya məqsədi ilə istifadə etməyəcəksiniz. Siz bu saytın  hər hansı bir hissəsinin oxşarını yarada, hər hansı bir platformada özünüzü və ya üçüncü şəxsləri bu saytdakı məzmunun müəllifi kimi təqdim edə bilməzsiniz. Öncədən alınmış yazılı razılıq olmadan, başqa məqsədlə istifadəyə, çoxaltmaya və ya paylanmaya yol verilmir. Bu hüquqların hər hansı şəkildə pozulması müvafiq hüquqi nəticələr doğuracaqdır. Siz razılaşırsınız ki, saytdakı hər hansı materialdan edə biləcəyiniz istənilən və bütün icazəsiz istifadələr nəticəsində “AzerGold” QSC tərəfindən çəkilmiş və ya çəkiləcək bütün xərc və məsrəfləri ödəyəcəksiniz. Siz təsdiq edirsiniz ki, saytın məzmunundan icazəsiz istifadə “AzerGold” QSC-yə bərpası mümkün olmayan zərər vura bilər və icazəsiz istifadə hallarında “AzerGold” QSC qanunda və ya ədalət çərçivəsində mövcud olan digər hüquqi müdafiə vasitələrindən əlavə, iddianı təmin etmə tədbirlərindən istifadə hüququna malik olacaqdır.

 

ƏKS ƏLAQƏ VƏ TƏQDİMATLAR

Siz razılaşırsınız ki, təqdimatlarınızın məzmununa görə tək cavabdeh sizsiniz və tək cavabdeh olaraq qalacaqsınız və sayta qanunazidd, böhtan xarakterli, təhqiramiz və ya nalayiq materiallar təqdim etməyəcəksiniz. Siz, həmçinin razılaşırsınız ki, sayta istənilən üçüncü şəxsin müəlliflik hüququ, əmtəə nişanı, məxfilik və digər şəxsi və ya mülkiyyət hüquqları da daxil olmaqla, hüquqlarını pozacaq hər hansı bir şey təqdim etməyəcəksiniz.